Bank Of Baku

«Kaspi-Yıldız» Azərbaycan-Türkiyə şirkəti Ukraynada yanğınsöndürmə avadanlıqları müəssisəsi açacaq

«Kaspi-Yıldız» Azərbaycan-Türkiyə şirkəti Ukraynada yanğınsöndürmə avadanlıqları müəssisəsi açacaq
# 05 noyabr 2008 12:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Kaspi-Yıldız» Azərbaycan-Türkiyə Birgə Müəssisəsi Ukraynada yanğınsöndürmə avadanlıqları istehsal edən müəssisə açmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin baş əlaqələndiricisi Rafet Ekmekçioğlu məlumat verib.
R.Ekmekçioğlunun sözlərinə görə, Ukraynadakı müəssisədə istehsal texnologiyası və məmulatların Azərbaycandan aparılması nəzərdə tutulur. Müəssisə Kiyevdə yerləşəcək.
Bakıda da analoji müəssisəsi olan «Kaspi-Yıldız» şirkətinin istehsal etdiyi yanğınsöndürmə vasitələri Qazaxıstana ixrac edilir. Şirkət eyni zamanda Türkiyəyə də istehsal etdiyi yanğınsöndürmə vasitələri göndərib.
Hazırda müəssisənin illik istehsal gücü 50 min balondan çoxdur. İndiyədək Qazaxıstana 20 min balon ixrac edilib.
R.Ekmekçioğlunun sözlərinə görə, perspektivdə məhsul çeşidlərinin istehsalına başlanılması, yeni modellərin hazırlanması, həmçinin daha müasir standartların tətbiqi və s. nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR