Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi: Neft qiyməti 100 dollara yüksələcək

Beynəlxalq Enerji Agentliyi: Neft qiyməti 100 dollara yüksələcək
# 06 noyabr 2008 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadi böhranı səngiyəndən sonra neftin 1 barelinin qiyməti 100 ABŞ dolları səviyyəsi kimi yüksələcək. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin məruzəsində bildirilir. Bununla yanaşı qeyd olunur ki, 2030-cu ildə neftin qiymətinin 200 dollara çatacağı proqnozlaşdırılır.
Beləliklə, Agentlik 108 dollar səviyyəsində olan ötən il hazırladığı uzunmüddətli proqnozu 2 dəfəyə yaxın artırıb, eyni zamanda 2008-2015-ci illərdə neftin qiymətinin 100 dollar səviyyəsində olacağını bildirir.
Məruzədə qeyd olunur ki, uzunmüddətli perspektivdə neft bazarına təsir edən əsas amillərdən biri neft şirkətləri tərəfindən köhnə yataqlarda hasilatın azalmasını kompensasiya etmək məqsədi ilə yeni neft yataqları üzrə işlərin fəallaşdırılması olacaq. Qeyd edək ki, bu işlər əsaslı investisiyalar tələb edir və bu, son nəticədə hasil olunan neftin qiymətinə birbaşa təsir göstərəcək.
Hazırda dünya bazarında neftin 1 bareli 65 dollara satılır və bu, iyul ayı ilə müqayisədə təxminən 2 dəfədən çox azdır. Bunun əsas səbəbi dünya iqtisadi böhranı nəticəsində istehsalın müşahidə olunan və gözlənilən azalmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR