Bank Of Baku

Bakı-Ceyhan kəmərinə vurulan Qazaxıstanın sınaq neft partiyası 100 min ton olacaq

Bakı-Ceyhan kəmərinə vurulan Qazaxıstanın sınaq neft partiyası 100 min ton olacaq
# 07 noyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu günlərdə Bakı-Tiflis-Ceyhan boru kəmərinə vurulması başlanan Qazaxıstan neftinin ilkin sınaq partiyasının həcmi təxminən 100 min ton təşkil edəcək. Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.
Səfir bildirib ki, Bakı-Ceyhan kəməri ilə Qazaxıstan neftinin böyük həcmdə nəqlinə 2013-cü ildən sonra - «Kaşaqan» perspektivli dəniz strukturunda hasilata start verildikdən sonra başlanacaq. Nəticədə, kəmərə vurulan Qazaxıstan neftinin illik həcminin 15-20 mln. tona çatdırılacağı gözlənilir.
Xatırladaq ki, Bakı-Ceyhan kəməri ilə Qazaxıstan neftinin nəqli «BTC Co.» və «Tengiz Chevroil» şirkətləri arasında əldə olunmuş razılıq əsasında həyata keçirilir. Hasil olunan xam neft Qazaxıstanın Xəzər sahilində yerləşən Aktau limanına nəql olunur və buradan tankerlərlə Azərbaycanın Səngəçal terminalına çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR