Bank Of Baku

Azərbaycan hökuməti iki regional enerji şəbəkəsinin idarəetməyə verilməsi ilə bağlı müqaviləni yaxın vaxtlarda təsdiqləyəcək

Azərbaycan hökuməti iki regional enerji şəbəkəsinin idarəetməyə verilməsi ilə bağlı müqaviləni yaxın vaxtlarda təsdiqləyəcək
# 10 noyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Sumqayıtelektrikşəbəkə» ASC və «Şəki Regional Enerji Təchizatı» MMC-nin idarəetmə müqavilələri təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən məlumat verilib.
Qeyd edək ki, bu ilin əvvəlində hər iki şəbəkənin idarəetməyə verilməsi məqsədi ilə elan edilmiş müsabiqənin qalibi Azərbaycanın «Xəzər Menecment Sistems» şirkəti olub.
Qeyd edək ki, «Sumqayıtelektrikşəbəkə» 2000-2006-cı illərdə «Barmek» şirkətinin idarəetməsində olub. «Barmek» şirkəti idarəetmə müqaviləsinin tələblərini yerinə yetirmədiyindən müqavilə ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR