Bank Of Baku

Türkiyə ilə Avropa İttifaqı arasında «Nabucco» layihəsi üzrə imzalanması planlaşdırılan müqavilə ilin sonunadək hazırlanacaq

Türkiyə ilə Avropa İttifaqı arasında «Nabucco» layihəsi üzrə imzalanması planlaşdırılan müqavilə ilin sonunadək hazırlanacaq
# 10 noyabr 2008 12:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə ilə Avropa İttifaqı arasında «Nabucco» kəmərin istismarı, tranzit haqları və xətti işlədəcək BOTAŞ şirkətinin payı ilə bağlı müqavilənin layihəsinin 2009-cu ilin yanvarınadək imzalanmaya hazır olacağı gözlənilir.
«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankarada prezident Abdullah Güllə görüşündə Avropa İttifaqının (Aİ) enerji komissarı Andris Piebalqs «Nabucco»nun Aİ üçün böyük önəm daşıdığını vurğulayıb və bu layihənin reallaşması üçün Türkiyəyə səylərini sürətləndirməyi təklif edib.
Qeyd edək ki, «Nabucco» konsorsiumunun üzvü olan Türkiyə boru kəməri ilə Avropaya nəql olunacaq qazın 15%-ni güzəştli qiymətlərlə almaq istədiyini bəyan edib. Lakin Aİ və əsas ixracatçı olacaq Azərbaycanın bunun əleyhinə olduğu bildirilir.
Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR