Bank Of Baku

Bakı Enerji Sammitinə hazırlıq məqsədilə energetika nazirlərinin konfransı keçiriləcək

Bakı Enerji Sammitinə hazırlıq məqsədilə energetika nazirlərinin konfransı keçiriləcək
# 10 noyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 13-də Bakıda Enerji Sammitinə hazırlıq məqsədi ilə energetika nazirlərinin konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyi mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.
A.Mənsimlinin sözlərinə görə, konfransda sammitin gündəliyi, orada müzakirə olunacaq məsələlər, enerji təhlükəsizliyi, regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Konfransda 10-dan artıq ölkəni təmsil edən enerji məsələləri ilə bağlı nazirinin iştirakı gözlənilir.
Qeyd edək ki, noyabrın 14-də Bakıda keçiriləcək sammitdə Türkiyə prezidenti Abdulla Gül, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Hendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ və digər ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir.
Bakıda keçiriləcək enerji sammiti sayca 4-cü olacaq. Birinci enerji sammiti 2006-cı ilin mayında Polşa prezidentinin təşəbbüsü ilə bu ölkənin Krakov şəhərində, ikincisi 2007-ci ilin noyabrında Vilnüsdə (Litva), üçüncüsü isə bu ilin mayında Kiyevdə (Ukrayna) keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR