Bank Of Baku

İran Azərbaycanda yeraltı qaz anbarlarının birgə istifadəsində maraqlıdır

İran Azərbaycanda yeraltı qaz anbarlarının birgə istifadəsində maraqlıdır
# 11 noyabr 2008 12:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran Azərbaycanda yeraltı qaz anbarlarının birgə istifadəsi və təbii qazın alınmasına dair danışıqlar aparır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.
Ə.Məlikovun sözlərinə görə, yaxın günlərdə İranın nümayəndə heyəti danışıqlarla bağlı Bakıya gələcək. Hazırda «Azəriqaz»ın nümayəndələri İrandadır və Naxçıvana qazın ötürülməsi ilə bağlı texniki məsələlər və qazın həcmi dəqiqləşdirilir.
Ə.Məlikov həmçinin qeyd edib ki, bu il Azərbaycanda yeraltı qaz anbarlarına rekord həcmdə - 1,4 mlrd. kubmetr qaz vurulub: «Bu il ərzində Azərbaycanda qaz problemi olmayacaq. Həmçinin, Naxçıvanın qazla təchizatı da təmin ediləcək».
Naxçıvanda yeraltı qaz anbarının yaradılacağını bildirən Ə.Məlikov bu anbara 350 mln. kubmetr qaz yığılacağını vurğulayıb.
Ə.Məlikovun sözlərinə görə, bu il ərzində istehlak olunan qaza görə haqların yığım səviyyəsi 65%-66% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR