Bank Of Baku

Azərbaycan ilin sonunadək Gürcüstana qazın nəqlini hazırkı səviyyədə saxlayacaq

Azərbaycan ilin sonunadək Gürcüstana qazın nəqlini hazırkı səviyyədə saxlayacaq
# 11 noyabr 2008 12:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev, Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycandan Gürcüstana 280 mln. kubmetr həcmində təbii qaz ötürülüb. Bu barədə «APA-Economics»ə «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov məlumat verib.
Ə.Məlikovun sözlərinə görə, hazırda Azərbaycandan Gürcüstana sutkada 1,3-1,4 mln. kubmetr qaz nəql olunur. Cari ilin sonunadək bu tempin saxlanması nəzərdə tutulub. «Növbəti ildə Gürcüstana qazın verilməsi ilə bağlı isə hələlik heç bir fikir yoxdur», - deyə «Azəriqaz» başçısı vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR