Bank Of Baku

Avropada avtomobil satışı azalıb

Avropada avtomobil satışı azalıb
# 15 noyabr 2008 08:42 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Avropa Avtomobil İstehsalçıları Assosiasiyanın hesabatına əsasən oktyabrda Avropa ölkələrində 1 milyon 134 min 031 avtomobil satılıb. Qərbi Avropada satışların azalması 15,5%, Şərqi Avropada isə 3,3% təşkil edib. Avtomobil istehsalçıları arasında ən çox ziyana “General Motors” şirkəti məruz qalıb. Onun Avropada “Opel”, “Chevrolet” və “SAAB” markalı avtomobillərinin satışı 25,2% təşkil edib.

Sentyabr ayında Avropada avtomobillərin satışı 8,2%, avqust ayında isə 15,7% azalıb. Ümumilikdə yanvar-oktyabrda Avropada 12 milyon 852 min 387 avtomobil satılıb ki, bu da ötən ilin 10 ayı üzrə göstəricidən 5,4% azdır.

Dünya böhranı ABŞ bazarına da ciddi təsir edib. Oktyabr ayında ABŞ-da avtomobillərin satışı 45% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR