Bank Of Baku

Azərbaycanın daha bir şəhərində smart-kartlı elektrik sayğaclarının quraşdırılmasına başlanılıb

Azərbaycanın daha bir şəhərində smart-kartlı elektrik sayğaclarının quraşdırılmasına başlanılıb
# 12 yanvar 2009 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Şirvan şəhərində bu ilin birinci yarısınadək smart-kartlı elektrik sayğaclarının quraşdırılması başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Hazırda bu tip sayğaclar Şirvan şəhərində 35 kV-luq «Cihazlar Zavodu» yarımstansiyasından elektrik enerjisi ilə təchiz olunan 3 minə yaxın əhali abonent qrupuna quraşdırılır.
Şirvan şəhəri üzrə əhali qrupuna aid istehlakçıların yarısı hündür mərtəbəli binalarda yaşadığından ilk mərhələdə smart-kartlı sayğaclarla onlar təmin olunacaq.
Qeyd edək ki, smart-kartlı sayğacların proqram təminatına əsasən, kartda 60 qəpik qaldıqda, sayğac siqnal vasitəsi ilə abonentə xəbərdarlıq edir. Kart tamamilə boşaldıqdan sonra onu təkrarən sayğaca daxil etməklə, bir manat dəyərində kredit almaq mümkündür. Kartın proqramında rəsmi bayram günləri barədə məlumat yerləşdirilib. Bu sayğaclardan istifadə edən abonentlər kart tam boşaldıqdan sonra, Yeni İl bayramında 3, Novruz bayramında isə 2 gün əvvəlcədən ödəniş etməsələr də elektrik enerjisindən istifadə edə bilərlər. Həmin günlərdə işlədilmiş elektrik enerjisinin istehlak dəyəri kart növbəti dəfə yüklənərkən çıxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR