Bank Of Baku

İran Azərbaycanın qaz sektoruna 1,7 mlrd. dollar sərmayə yatıracaq

İran Azərbaycanın qaz sektoruna 1,7 mlrd. dollar sərmayə yatıracaq
# 12 yanvar 2009 09:46 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Noğrikar Şirazi ölkəsinin Azərbaycanla aparılan danışıqlarda 1,7 mlrd. ABŞ dolları məbləğində sərmayə planını irəli sürdüyünü bildirib.
«Şahdəniz» layihəsinin birinci mərhələsində İran Milli Neft Şirkətinin (NICO) 10% paya sahib olduğunu xatırladan nazir müavini, Azərbaycan rəsmiləri ilə ikinci mərhələdə İranın iştirakı ilə bağlı aparılan danışıqlarda ilkin razılığa gəlindiyini açıqlayıb.
Eyni zamanda, o, ikinci mərhələ çərçivəsində hasilatın əvvəl planlaşdırıldığı kimi 2011-2012-ci illərdə deyil, bir qədər gec - 2013-2014-cü illərdə başlanılacağını da qeyd edib.
Məlumat üçün bildirək ki, İran həmçinin «Şahdəniz»dən hasil olunacaq qazın böyük hissəsinin alınmasında maraqlıdır. Azərbaycan hökuməti isə «Şahdəniz» qazının sərfəli kommersiya şərtləri ilə alınmasına dair İrandan başqa bir çox başqa dövlətlərdən, o cümlədən Rusiya və «Nabucco» layihəsinin iştirakçısı olan ölkələrdən təkliflər almasına baxmayaraq, qazın hansı istiqamətdə ixrac edəcəyinə dair yekun qərar qəbul etməyib.
Qeyd edək ki, hazırda «Şahdəniz» yatağında hasilat 4 quyuda aparılır. Layihənin iştirakçıları rolunda BP (əsas operator – 25,5%), «Statoil» (kommersiya operatoru – 25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri çıxış edir. Artıq birincə mərhələdə başlanılan hasilatın nəticəsi olaraq qaz Bakı-Tiflis-Ərzurum kəməri ilə ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR