Bank Of Baku

Azərbaycan paytaxtında borclu abonentlərin kütləvi şəkildə işığı kəsilir

Azərbaycan paytaxtında borclu abonentlərin kütləvi şəkildə işığı kəsilir
# 12 yanvar 2009 11:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu gün saat 13:00-dan Bakı şəhərinin bütün rayonları üzrə borclu istehlakçıların elektrik enerjisi təchizatını dayandırmağa başlayıb. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, Yeni İl bayramı ərəfəsində borclu abonentlərin enerji təchizatı dayandırılmayıb. Onlara bayramdan sonra borclarını ödəmələri üçün bildirişlər göndərilməklə vaxt verilib: «Hazırda bütün rayonlar üzrə şəbəkənin əməkdaşları tərəfindən borcunu ödəməyən abonentlərin enerji təchizatı dayandırılır. Abonentlər borclarını ödədikdən sonra enerji təchizatı bərpa olunacaq».
Qeyd edək ki, paytaxtın enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 650 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR