Bank Of Baku

Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə qiymətləndirici şirkətlə görüş keçirilib

Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə qiymətləndirici şirkətlə görüş keçirilib
# 12 yanvar 2009 14:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə qiymətləndirmə prosesini həyata keçirəcək «Coffey International Development» şirkəti ilə MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası arasında görüş keçirilib. Bu barədə «APA-Economics»ə MHŞT üzrə Hökumət Komissiyasından məlumat verilib.
Görüşdə qiymətləndirmə prosesinə dair məsələlər, Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində təcrübəsi müzakirə edilib.
Bu həftə ərzində qiymətləndirici şirkətlə MHŞT tərəfləri arasında bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Yanvar ayının sonunda Azərbaycanda MHŞT üzrə qiymətləndirmə prosesinin başa çatdırılması və qiymətləndiricinin prosesə dair hesabatının açıqlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR