Bank Of Baku

Azərbaycanda pivə zavodunun adı dəyişdirilib

Azərbaycanda pivə zavodunun adı dəyişdirilib
# 12 yanvar 2009 17:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Xırdalanda yerləşən “Baku-Castel” pivə zavodunun adı dəyişdirilib. Rusiyanın “Baltika” şirkəti bu gün zavodun adının «Baltika-Baku» adına dəyişdirilməsi barədə məlumat yayıb. Zavoddan «APA-Economics»ə verilən məlumata görə, müvafiq dəyişikliklər Nizamnamədə şirkətin firma adı hissəsində aparılıb. 40 ilə yaxındır, fəaliyyət göstərən Xırdalanda yerləşən pivə istehsalı zavodunun adı bu illər ərzində bir neçə dəfə dəyişdirilib. Hazırda zavodun adı Rusiyanın «Baltika» şirkətinə mənsubiyyətini göstərir.

Qeyd edək ki, «Baltika» şirkəti ötən ilin avqustunda Azərbaycanda yerləşən pivə istehsalı zavodunun əldə edilməsini başa çatdırıb. Hazırda «Baltika» şirkəti 2009-cu ilin mövsümünə kimi yeni istehsal sahəsində ciddi yenidənqurma işləri aparır. Müəssisədə bişirmə sistemi, qıcqırma və filtrasiya sahələri modernləşdiriləcək, şüşə butulkaya süzmə xətti təkmilləşdiriləcək və PET-qablaşdırmaya süzmə xətti quraşdırılacaq.

Bundan başqa, bişirmə sexində yeni cövhər bişirmə qazanının, həmçinin yeni cövhər soyuducu xəttin quraşdırılması nəzərdə tutulub. Qıcqırma-filtrasiya sahəsində müasir təmiz maya kulturası stansiyası, maya çənləri, avadanlığın sökülməyən yuma stansiyası quraşdırılacaq, pivənin filtrasiya xətti modernləşdiriləcək.

Şüşə butulkaya süzmə xətti üçün artıq yeni, supermüasir etiketvuran aparat, yeni halqa və probkalı butulka ağzını bağlayan, aksiz markalarının yapışdırılması üçün yeni aparatlar, termoqablaşdırıcı aparat əldə edilib. Sexdə, həmçinin, süzmə məhsuldarlığı 1,5 litr həcmli qaba - 20 min but./saat, 2,5 litr həcmli qaba - 10 min but./saat olan PET-butulkaya süzmə xətti quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR