Bank Of Baku

«Azerfon» şirkəti daha 7 ölkə ilə rouminq sazişi imzalayıb

«Azerfon» şirkəti daha 7 ölkə ilə rouminq sazişi imzalayıb
# 13 yanvar 2009 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) yeddi ölkə ilə rouminq sazişi imzalayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, növbəti beynəlxalq rouminq tərəfdaşlar Şri-Lankanın «Mobitel/Sri Lanka», Serbiya və Monteneqronun «Telecom Srbija» və Gürcüstanın «Mobitel (Beeline)» mobil rabitə operatorları olub.
Bundan başqa, «Nar Mobile» İtaliyanın «Vodafone Omnitel», Salvadorun «Mossel Ltd. (Digicell)», Xorvatiyanın «Vipnet» və Estoniyanın «Elisa» operatorları ilə GPRS-rouminq müqaviləsi imzalayıb.
Hazırda «Nar Mobile» abunəçiləri 161 ölkənin 266 mobil rabitə operatorunun beynəlxalq rouminq xidmətindən, 34 ölkənin 56 mobil operatorunun isə GPRS-rouminq xidmətlərindən istifadə edə bilir.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün RİTN tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 min abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR