«Qaz OPEC»i: xülya, yoxsa reallıq? - ANALİTİKA
Artıq bu ilin oktyabrında həmin mövzu ilə bağlı Tehranda Rusiya, İran və Qətər nümayəndələrinin görüşü keçirilib. Görüş bitdikdən sonra İranın neft naziri Qulamhüseyn Nəzəri bəyan edib ki, üç ölkə «Qaz OPEC»inin yaradılması şərtlərini razılaşdırıblar: «Görüş zamanı biz vacib qərarlar verdik. «Qaz OPEC»inin yaradılmasına ehtiyac var və artıq onun yaradılması barədə razılığa gəlinib».
Görüş ərəfəsində və ondan sonra Rusiya nümayəndələri dəfələrlə bəyan ediblər ki, «Böyük qaz üçlüyü»nün əsas məqsədi qaz ixrac edən ölkələr arasında tərəfdaşlıq və fəaliyyətin əlaqələndirilməsidir. «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Millerin sözlərinə görə, «üç ölkəni dünyada ən iri qaz ehtiyatları, ümumi strateji maraqlar və böyük əməkdaşlıq potensialı birləşdirir».
Bu yaxınlarda isə Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (QİÖF) enerji nazirlərinin görüşündə Forumun daimi fəaliyyət göstərən təşkilata çevrilməsi barədə qərar verilib. Hələ 2001-ci ildə təsis edilən QİÖF-ya İran, Əlcəzair, Bruney, Boliviya, İndoneziya, Liviya, Malayziya, Rusiya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, Trinidad və Tobaqo, Venesuela və Ekvatorial Qvineya daxildir. Norveç və Qazaxıstan qurumun işində müşahidəçi qismində iştirak edir. Forum üzvü olan ölkələr dünya üzrə qaz ehtiyatlarının 73%-nə sahibdir və ümumi qaz hasilatının 43%-ni təmin edir. Enerji nazirlərinin imzaladıqları hökumətlərarası sazişdə yeni təşkilatın iş prinsipləri müəyyən edilir. Rusiyanın enerji naziri Sergey Şmatkonun sözlərinə görə, tərəflər dörd istiqamət üzrə fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəliblər. Bura istehlakçı ölkələrlə qarşılıqlı münasibətlər, proqnozlar və sərmayə proqramlarının reallaşdırılması üzrə informasiya mübadiləsi, qaz sahəsində yeni texnologiyaların tətbiqi, eləcə də maye qaz üzrə birgə fəaliyyətin təşkili daxildir.
Qeyd edilməlidir ki, hazırkı dövrədək qaz ixrac edən ölkələrin fəaliyyətinin koordinasiyası mümkün olmayıb. İş ondadır ki, dünyada vahid qaz bazarı deyilən bir məfhum yoxdur. İstehsalçı ilə istehlakçı tərəflər boru kəmərləri vasitəsi ilə bir birinə bağlanır. Qaz təchizatı uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. Qazın qiymətinin düsturu isə neft və neft məhsulları səbətinin 9 aylıq göstəriciləri əsasında təyin edilir. Ekoloji cəhətdən daha təmiz olmasına baxmayaraq, təbii qaz hər zaman neftdən ucuz satılıb. Forum təmsilçilərinin sözlərinə görə, qaz bazarında əməkdaşlığın əsas məqsədlərindən biri tələb və təklifi analiz edərək balansı saxlamaq və «ədalətli» qiymətləri təmin etməkdir.
Qaz istehlak edən ölkələrdə, xüsusən Qərbdə «Qaz OPEC»inin yaradılması barədə söhbətlər ciddi narahatlığa səbəb olub. Hələ oktyabrda keçirilən «Üçlüy»ün görüşü zamanı Avropa Komissiyasının nümayəndəsi Ferran Tarradellas bildirib ki, «biz prinsipcə əmtəə ticarəti üzrə kartellərin əleyhinəyik və karbohidrogenlər bu məsələdə istisna deyil. Hesab edirik ki, qaz kimi məhsulların satışı üçün ən yaxşı şərt azad və şəffaf bazardır». Avropa Komissiyası bəyan edib ki, kartelin yaradılması barədə bəyanat verilmədiyindən belə bir razılaşmanın bağlanması üzrə addımlar barədə məlumatları gözləyəcək və bu kimi razılaşmalar Avropa İttifaqına öz enerji siyasətinə yenidən baxmağa sövq edə bilər. Bir müddət əvvəl isə ABŞ Xarici İşlər Komitəsinin üzvü İlean Ros-Letinen dövlət katibinə məktubunda yazıb: «Qaz OPEC»inin yaradılması dünya enerji təchizatı üçün əsas və uzunmüddətli təhlükə ola bilər ki, Birləşmiş Ştatlar bu təhlükəyə qarşı güclü müqavimət göstərməlidir».
OPEC prezidenti Şakib Xəlil rəhbərlik etdiyi qurumla QİÖF arasında fərqi belə təsvir edir: «Fərq çox sadədir – OPEC bu gün bazarda baş verənlərə diqqət yetirərək qərar qəbul edir. Forum isə daha uzağa baxır. O, yaxın 10 il üçün həcm və qiymətlərə nəzarət edə bilmir. Çünki bunlar uzunmüddətli müqavilələrə, qazın qiyməti isə neftə bağlıdır».
Maraqlıdır ki, Rusiya tərəfindən qaz ixrac edən ölkələri birləşdirmək cəhdlərinə baxmayaraq, yaradılan təşkilatın elə ilk iclasında fikir ayrılıqları özünü büruzə verib. Belə ki, Rusiyanın baş naziri Vladimir Putinin təşkilatın qərargahının Sankt-Peterburq şəhərində yerləşdirmək barədə təklifinə baxmayaraq, gizli səsvermə zamanı Forum iştirakçıları Qətərin paytaxtı Dohanın namizədliyinə üstünlük veriblər. O da qeyd edilməlidir ki, anlaşılmazlıqlar yalnız belə detallarla məhdudlaşmır. Məsələn, Rusiya nümayəndələrinin QİÖF-ə daxil olan dövlətlər arasında qaz bazarı uğrunda rəqabətin mümkün olmaması barədə fikirlərinə rəğmən, avropalı istehlakçılar Rusiyadan olan enerji asılılığını məhz Qətər kimi dövlətlər hesabına təmin etmək niyyətindədir. Qətər yaxın bir neçə il ərzində Avropaya maye qaz ixracını xeyli artırmağı planlaşdırır.
«Qaz OPEC»inin yaradılmasını ilk dəfə irəli sürən və bu ideyanı hamıdan çox dəstəkləyən İranın mövqeyi də başa düşüləndir. ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşən bu ölkə dünya qaz ehtiyatlarının həcmlərinə görə ikinci yerdə olmasına baxmayaraq, bu ehtiyatların işlənməsi və ixracı ilə bağlı ciddi problemlərlə üzləşib. Bu problemlərin həll olunmasında İran Rusiyaya ciddi ümidlər bəsləyir. İstehlakçılarla çoxsaylı müqavilələr bağlamış Rusiya çox böyük həcmdə qaz tələbatını öz ehtiyatları hesabına təmin etmək iqtidarında deyil. ABŞ və Avropadan fərqli olaraq, İranla kifayət qədər isti münasibətləri qoruyub saxlamış Rusiya bu ölkənin qaz ehtiyatlarının birgə işlənməsində maraqlıdır. Lakin İrana qarşı sanksiyalar tətbiq edən Qərblə qarşıdurmada Rusiya nə qədər irəli getmək əzmindədir? Müxtəlif maraqlara sahib olan, hətta yaratdıqları qurumu «Qaz OPEC»i adlandırmaqdan çəkinən Forum iştirakçılarının əməkdaşlığı nə dərəcədə səmərəli olacaq? Bu suallara cavabı gələcək verəcək.
P.S. Bu ilin ilk günlərindən başlayaraq bir müddətlik «atəşkəs»dən sonra Rusiya ilə Ukrayna arasında qaz savaşı yenidən qızışıb. Ukraynaya satılan mavi yanacağın qiyməti ilə bağlı razılığa gələ bilməyən tərəflər ötən ilin son günlərində danışıqları kəsib, 2009-cu ilin ilk günü isə «Qazprom» Ukraynaya qazın nəqlini dayandırıb. Eyni zamanda, 3 il əvvəl olduğu kimi, Ukrayna ərazisindən Avropaya nəql edilən qazın həcmlərində ciddi azalmalar başlayıb. Bir neçə gün ərzində Şərqi Avropanın bir sıra dövləti Rusiya qazını almaqdan məhrum olub. Rusiya tərəfi yenə də, bir neçə il əvvəl olduğu kimi, Ukraynanı Avropaya nəql edilən qaz həcmlərini oğurlamaqda ittiham edib, əks-tərəf isə Avropaya təbii qaz nəqlinin Rusiya tərəfindən bilərəkdən azaldıldığını bəyan edərək, bunun məqsədli xarakter daşıdığını bildirib.
Ötən ilin son günlərində daha bir maraqlı hadisə baş verib. Yeni ilin başlanmasına saatlar qalmış «Qazprom» şirkəti Türkmənistan qazının bazar qiymətləri ilə alışı barədə razılaşma imzalayıb. Bu nailiyyətlə Rusiya tərəfi həm Türkmənistanı böyük qaz həcmlərini öz ərazisi ilə nəql etməyə sövq edib, digər tərəfdən isə uzun müddətdir ki, qarşıdurmaya girişdiyi Ukrayna ilə qazın qiyməti məsələsində əlavə üstünlük əldə edib. Beləliklə, yeni ildən mavi yanacaq ətrafında oyunlar yeni güclə davam edir. Belə bir şəraitdə, qaz ixrac edən ölkələrin təşkilatlanması enerji təhlükəsizliyi problemi ətrafında baş sındıran Qərbi narahat etməyə bilməz.
Asif Əziz,
xüsusi olaraq
«APA-Economics» üçün
Sənaye və energetika
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
“Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiqlənib
Xəbər Lenti
Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycanda ödəniş kartlarının sayı 12% artıb
Aşura günü ilə əlaqədar qanvermə aksiyasında indiyədək 486 donor iştirak edib
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
APA TV-də XƏBƏRAPARAN - CANLI
Bankların xalis mənfəəti 29%-dən çox artıb
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur
Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər olacaq
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektor cəlb ediləcək
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq
Bank sektorunun aktivləri 5%-ə yaxın artıb
“Bitcoin”in qiyməti 62 min dollardan aşağı düşüb
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib - FOTO
Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
Tramp ABŞ-ın Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib
Venesuelada güclü zəlzələ olub, 32 nəfər ölüb - YENİLƏNİB - VİDEO
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - FOTO
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib
DÇ-2026: Meksika Çexiyanı, CAR Cənubi Koreyanı məğlub edib
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb - VİDEO
Livan İsrail və ABŞ ilə ölkənin cənubundakı "pilot zonaların" sərhədlərini müzakirə edir
DÇ-2026: Braziliya və Mərakeş qrupun son oyunlarında qələbə qazanıblar
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
İranın uran ehtiyatlarının müsadirə edilməsi üçün ABŞ-ın 672 milyon dollara ehtiyacı var
Tramp: İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməsi ABŞ ilə razılaşmanın qarşısını alardı
DÇ-2026: Bosniya və İsveçrə qrupu qələbə ilə başa vurub
Tramp: ABŞ-ın NATO-dakı avropalı müttəfiqlərinin sədaqətinə ehtiyacı var
Bu gün Aşuradır
Lent.az-ın 18 yaşı tamam olur
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
Səbinə Salmanova: Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu
Rubio İranı BAEA müfəttişlərinin İrana girişinə mümkün qədər tez icazə verməyə çağırıb
Deputat: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində aparıcı rol oynayır
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib