«Nabucco» boru kəmərinin illik nəqletmə gücü 40 mlrd. kubmetrədək artırıla bilər
«APA-Economics»in məlumatına görə, görüşdə R.Mitşek bildirib ki, ilkin mərhələdə tədarükçülərin 15 mlrd. kubmetr həcmində qazının boru kəməri ilə nəql olunması və tədricən bu həcmin 30 mlrd. kubmetrədək artırılması nəzərdə tutulub. Konsorsium başçısının sözlərinə görə, layihənin icrasına yatırılacaq sərmayənin həcmi ilə bağlı son qərar bu il verildikdən sonra, layihənin reallaşması istiqamətində sərmayələrin qoyuluşuna 2010-cu ildən başlanacaq.
«Əgər tələb olunarsa, 2016-2018-ci illər ərzində əlavə sərmayə qoyuluşları hesabına boru kəmərinin gücü 35-40 mlrd. kubmetrədək artırıla bilər», - deyə R.Mitşek vurğulayıb.
Bundan başqa, R.Mitşek əlavə edib ki, «Nabucco» layihəsi Rusiyanın təşəbbüsü ilə reallaşdırılması planlaşdırılan digər layihələrdən daha az xərc hesabına başa gələcək və artıq onun iqtisadi səmərəliliyi öyrənilib. Tədarükçülərə gəldikdə isə, Konsorsium başçısı heç bir potensial mənbəni istisna etmək fikrində deyil: «Kəmər Azərbaycan, Türkmənistan, Misir, İran və Rusiya da daxil olmaqla, müxtəlif ölkələrdən qidalanacaq. Biz hər hansı tərəfinin potensial iştirakını istisna etmirik və bu layihə hamı üçün açıqdır».
Bundan başqa, R.Mitşek kəmərin inşasında istifadə olunacaq tikinti materiallarının dünya iqtisadi böhranı nəticəsində ucuzlaşması amilini əlavə üstünlük kimi qiymətləndirsə də, belə şəraitdə maliyyə institutlarından kreditlərin cəlb olunması prosesinin də çətinləşdiyini etiraf edib.
İstanbul görüşündə həmçinin qeyd olunub ki, bütün məsələlər layihədə maraqlı olan tərəflərin yanvarın 26-27-də Budapeştdə keçiriləcək sammitində müzakirə olunacaq. «Nabucco» kəmərinin əsas real təchizatçısı kimi qiymətləndirilən Azərbaycan da Macarıstan hökuməti tərəfindən bu sammitə dəvət olunub.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
Sənaye və energetika
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
“Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiqlənib
Xəbər Lenti
Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycanda ödəniş kartlarının sayı 12% artıb
Aşura günü ilə əlaqədar qanvermə aksiyasında indiyədək 486 donor iştirak edib
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
APA TV-də XƏBƏRAPARAN - CANLI
Bankların xalis mənfəəti 29%-dən çox artıb
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur
Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər olacaq
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektor cəlb ediləcək
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq
Bank sektorunun aktivləri 5%-ə yaxın artıb
“Bitcoin”in qiyməti 62 min dollardan aşağı düşüb
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçirilib - FOTO
Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
Tramp ABŞ-ın Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib
Venesuelada güclü zəlzələ olub, 32 nəfər ölüb - YENİLƏNİB - VİDEO
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - FOTO
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Tramp NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri kimi Ərdoğana duyduğu hörməti göstərib
DÇ-2026: Meksika Çexiyanı, CAR Cənubi Koreyanı məğlub edib
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb - VİDEO
Livan İsrail və ABŞ ilə ölkənin cənubundakı "pilot zonaların" sərhədlərini müzakirə edir
DÇ-2026: Braziliya və Mərakeş qrupun son oyunlarında qələbə qazanıblar
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
İranın uran ehtiyatlarının müsadirə edilməsi üçün ABŞ-ın 672 milyon dollara ehtiyacı var
Tramp: İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməsi ABŞ ilə razılaşmanın qarşısını alardı
DÇ-2026: Bosniya və İsveçrə qrupu qələbə ilə başa vurub
Tramp: ABŞ-ın NATO-dakı avropalı müttəfiqlərinin sədaqətinə ehtiyacı var
Bu gün Aşuradır
Lent.az-ın 18 yaşı tamam olur
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
Səbinə Salmanova: Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu
Rubio İranı BAEA müfəttişlərinin İrana girişinə mümkün qədər tez icazə verməyə çağırıb
Deputat: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində aparıcı rol oynayır
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib