Bank Of Baku

Xəzər dənizində sakit hava şəraiti gəmilərin neft-qaz mədənlərində yük daşımalarını yerinə yetirməsinə imkan yaradıb

Xəzər dənizində sakit hava şəraiti gəmilərin neft-qaz mədənlərində yük daşımalarını yerinə yetirməsinə imkan yaradıb
# 16 yanvar 2009 06:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda ilk dəfə olaraq dənizdə nisbətən sakit hava şəraiti yaranıb ki, bu da, neft gəmilərinin dəniz mədənlərinin sifarişlərini yerinə yetirilməsinə imkan yaradıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, sakit hava şəraiti Xəzər Dəniz Neft Donanmasının müxtəlif material və avadanlıqlarla yüklənmiş gəmilərinə dəniz mədənlərinə yola düşməyə imkan verib. Bu günlərdə 600 tonluq «General Əliağa Şıxlinski» kran gəmisi «Azərbaycan» kran gəmisinə dəmir-beton svayları nəql edib ki, həmin svaylar «Ümid-1» platformasına vurulacaq.
Fevral ayında platformanın eyni adlı yataqda bərkidilməsi başa çatdırılacaq və onun üst qurğularının (qazma buruğunun, texnoloji modulların) montajına başlanacaq. Yükünü boşaldan «General Əliağa Şıxlinski» N.Nərimanov adına NQÇİ-nin «Ələt-dəniz» yatağına yola düşüb. Burada təmiri həyata keçirilən 82 nömrəli platformadan yaxın aylarda yeni quyunun qazılmasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR