Bank Of Baku

Azərbaycandan Ukraynaya satılan mazutun həcmi artırıla bilər

Azərbaycandan Ukraynaya satılan mazutun həcmi artırıla bilər
# 16 yanvar 2009 11:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycandan Ukraynaya satılan mazutun həcmi artırıla bilər. APA-nın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib. Səfir Ukraynanın hazırda Azərbaycandan kiçik həcmdə mazut aldığını, həcmin artırılması üçün iki ölkənin təsərrüfat subyektlərinin danışıqlar apardığını qeyd edib.

Diplomat Ukraynada elektrik stansiyaları və qazanxanaların yalnız qazla deyil, iki, hətta üç növ yanacaqla işlədiyini söyləyib. Diplomat enerji istehsal etmək üçün mazutun qazdan daha sərfəli olduğunu da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR