Bank Of Baku

«High Frequency Economics»: Bu ilin sonunadək neftin qiyməti yenidən 100 dollara çatacaq

«High Frequency Economics»: Bu ilin sonunadək neftin qiyməti yenidən 100 dollara çatacaq
# 16 yanvar 2009 11:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. OPEC ötən gün açıqladığı aylıq məruzəsində 2009-cu ildə gündəlik neft tələbatının ötən illə müqayisədə azalması proqnozlarını daha 30 min barel artıraraq 1,4 mln. barel səviyyəsində müəyyənləşdirib. Beləliklə, gündəlik neft tələbatının bu il 29,48 mln. barel təşkil edəcəyi gözlənilir.
«APA-Economics»in məlumatına görə, bu proqnoz ilk növbədə dünya iqtisadiyyatının geriləməsi, o cümlədən böhranın istehsalata və istehlaka təsiri ilə bağlıdır. Nəticədə, neftin qiymətləri üzrə proqnozlar müxtəlif təşkilatlar, həmçinin ölkələrin hökumətləri tərəfindən yenidən baxılır. Məsələn, Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkənin əsas makroiqtisadi göstəricilərinin 41 dollar/barel qiyməti əsasında hesablanacağını bəyan edib, halbuki əvvəlki göstəricilər neftin 50-60 dollar qiymətinə əsaslanıb. Azərbaycanda da artıq büdcə göstəricilərinin yenidən baxılacağı barədə fikirlər səslənir.
Almaniya «Deutsche Bank»ının analitikləri 2009-cu ilin I rübü üçün ötən ilin sonunda açıqladıqları proqnozları 18% azaldaraq 45 dollar səviyyəsinə endirib. Bankın proqnozlarına görə, bu ilin II rübündə neftin 1 bareli 50 dollar, III rübündə 45 dollar, IV rübündə isə 40 dollar səviyyəsində olacaq.
Oxşar proqnozlarla Asiya, Afrika və Cənubi Amerika bazarlarında ən iri bank qurumlarından olan «Standard Chartered Bank»ı da çıxış edir. Lakin bank III və IV rüblərində neftin qiymətinin müvafiq olaraq 57 dollar və 67 dollar təşkil edəcəyini proqnozlaşdırır.
Eyni zamanda, «High Frequency Economics» beynəlxalq analitik şirkətin baş iqtisadçısı Karl Vaynberq hazırda neftin inanılmaz dərəcədə ucuz olduğunu vurğulayaraq, 2009-cu ilin sonuna qədər neftin yenidən 90-100 dollaradək bahalaşacağını qeyd edir.
Öz növbəsində «Financial Bridge» beynəlxalq maliyyə, investisiya və konsaltinq şirkəti bu ilin birinci yarısında neftin qiymətinin tədricən artacağını, ikinci yarıda isə əksinə, azalacağını gözləyir. Şirkətin mütəxəssisləri neftin qiymətinin yanvarın sonunda və fevralın əvvəlində 50-52 dollara, mayda isə il ərzində ən maksimal səviyyəyə - 60-65 dollara çatacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, əksər ekspertlər OPEC-in neft hasilatı üzrə kvotaların azaldılması üsulu ilə qiymətlərin tarazlaşdırılmasının təsirinin getdikcə zəiflədiyini bildirirlər. Neft bazarında qiymətləri artıra biləgək əsas amillərdən biri kimi analitiklər dünyada yeni yataqların işlənməsi üzrə təxirə salınan layihələrin sayının tədricən artmasını göstərirlər. Çünki bu tendensiya son nəticədə dünya iqtisadiyyatı və istehlakçıları neftin kəsiri ilə üzləşdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR