Bank Of Baku

Azərbaycan Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair tender keçirir

Azərbaycan Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair tender keçirir
# 16 yanvar 2009 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 1 mln. barel miqdarında «Azeri Light» markalı xam neft partiyasının Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Marketinq sorğusuna əsasən, 1 mln. barel həcmində xam neft partiyası bu ilin fevral ayının 21-23-də ixrac ediləcək.
Sorğuya yanvarın 19-da yekun vurulacaq və nəticələr yanvarın 20-də elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR