Bank Of Baku

Azərbaycanın sənaye sektorunun real həcmi son beş ildə 2,5 dəfə artıb

Azərbaycanın sənaye sektorunun real həcmi son beş ildə 2,5 dəfə artıb
# 20 yanvar 2009 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatının sənayesi sektorunda 2008-ci ildə 6%-lik artıma nail olunub, son beş ildə isə sənayenin real həcmi 2,5 dəfə artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, 1994-cü ildən etibarən neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan verib, neft və qazın hasilatı rekord səviyyəyə çatıb, sənayenin digər sahələrində də irəliləyişlər əldə edilib.

2003-2008-ci illərdə sənaye istehsalı indeksi




Ötən il ərzində sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 28,0 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib, onun 21,5 mlrd. manatı və ya 76,6%-i mədənçıxarma, 5,2 mlrd. manatı və ya 18,7%-i emal, 1,3 mlrd. manatı və ya 4,7%-i elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR