Bank Of Baku

Ötən il Azərbaycanda sənaye istehsalı 6% artıb

Ötən il Azərbaycanda sənaye istehsalı 6% artıb
# 21 yanvar 2009 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın sənaye sektorunda 6%-lik artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 2007-ci illə müqayisədə neft hasilatı 4,6%, qaz hasilatı 50,4%, digər faydalı qazıntıların hasilatı isə 22,6% artıb. Hasil olunmuş əmtəəlik xam neftin həcmi 44,5 mln. ton, qazın hasilatı isə 16,3 mlrd. kubmetr təşkil edib.
Ötən il ərzində sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən ümumilikdə 28 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib ki, onun 21,5 mlrd. manatı və ya 76,6%-i mədənçıxarma, 5,2 mlrd. manatı və ya 18,7%-i emal, 1,3 mlrd. manatı və ya 4,7%-i isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR