Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi açacaq

Azərbaycan Dövlət Neft Şirkəti bu il Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi açacaq
# 21 yanvar 2009 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Dmanisi rayonunda yeni yanacaqdoldurma məntəqəsini istismara verib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Müasir standartlara cavab verən yanacaqdoldurma məntəqəsinin açılışında ARDNŞ-in Gürcüstan nümayəndəliyinin direktoru və «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov, Azərbaycan Milli Məclisinin deputatları, Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar və digər şəxslər iştirak ediblər. Dmanisidəki yanacaqdoldurma məntəqəsində Gürcüstanda yaşayan 15 azərbaycanlı işlə təmin olunub.
Qeyd edək ki, ARDNŞ bu il Gürcüstanda 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. İlin sonunadək ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi sayı 50-yə çatacaq.
Xatırladaq ki, ARDNŞ 2008-ci il aprelin 25-də Gürcüstanın Rustavi şəhərində SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksini istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR