Bank Of Baku

“Nabucco” sammitinə qatılacaq dövlət rəsmilərinin adları açıqlanıb

“Nabucco” sammitinə qatılacaq dövlət rəsmilərinin adları açıqlanıb
# 21 yanvar 2009 11:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Yanvarın 26-27-də Budapeştdə keçiriləcək “Nabucco” sammiti yüksək səviyyədə təşkil olunacaq. APA-nın məlumatına görə, sammitin işinə Avstriya, Rumıniya, Bolqarıstan, Türkiyə, Almaniya, həmçinin enerji təchizatçısı olan ölkələr, tranzit imkanlara malik dövlətlər və layihənin səhmdarları qatılacaq. Budapeşt sammitində Rumıniyanın baş naziri Emil Bos, Bolqarıstanın hökumət başçısı Sergey Stanişev, Avstriyanın iqtisadiyyat naziri Reynxart Mitterlexner, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər də qatılacaq. Layihənin potensial təchizatçı ölkələri kimi Azərbaycan, Qazaxıstan, Türkmənistan və Misir də sammitə dəvət olunublar. Sammitin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı sammitdə dövlət başçısı İlham Əliyev təmsil edəcək. Bundan başqa sammitə İraqın baş naziri Nuri əl-Maliki və Misirin neft naziri Sameh Fəhminin də qatılacağı gözlənilir. Tranzit ölkə kimi sammitə qatılacaq Gürcüstanı bu tədbirdə baş nazir Qriqol Mqalobişvili təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR