Bank Of Baku

Azərbaycanın magistral kəmərləri ilə nəql olunan neftin həcmi ötən il 11%, qazın həcmi 53% artıb

Azərbaycanın magistral kəmərləri ilə nəql olunan neftin həcmi ötən il 11%, qazın həcmi 53% artıb
# 21 yanvar 2009 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 44,4 mln. ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə Bakıdan 32,8 mln. ton və ya 15,3% çox neft ötürülüb.
Ötən il ilk dəfə olaraq BTC kəməri ilə Qazaxıstan neftinin nəqlinə başlanılıb və 2008-ci ilin son üç ayında bu kəmərlə 285,1 min ton Qazaxıstan nefti ötürülüb. Ümumilikdə, 2008-ci ildə Azərbaycanın magistral neft kəmərləri şəbəkəsi ilə nəql edilmiş neftin həcmi əvvəlki illə müqayisədə 11% artıb.
Bundan başqa, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə 11,3 mln. ton və ya əvvəlki illə müqayisədə 52,7% çox qaz nəql olunub. Nəql edilmiş qazın 29%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərdən istifadə etməklə 4,7 mlrd. kubmetr qaz ötürülüb. Hesabat dövründə magistral qaz kəmərləri üzrə yük dövriyyəsinin həcmi isə 2,6 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR