Bank Of Baku

Azərbaycan nümayəndələri ECO-nun Regional Planlaşdırma Şurasının Tehranda keçirilən plenar iclasında iştirak ediblər

Azərbaycan nümayəndələri ECO-nun Regional Planlaşdırma Şurasının Tehranda keçirilən plenar iclasında iştirak ediblər
# 21 yanvar 2009 12:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sənaye və Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rafiq Əliyev və dövlət və beynəlxalq proqramların icrasına nəzarət şöbəsinin müdiri Məhəbbət Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasının Tehranda (İran) keçirilmiş 19-cu plenar iclasında iştirak ediblər. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin (SEN) mətbuat xidmətindən məlumat verilib.
ECO Regional Planlaşdırma Şurasının energetika, ətraf mühitin qorunması və sənaye sektoru ilə əlaqədar iş planına uyğun olaraq SEN rəsmiləri iştirakçı dövlətlərinin, energetika-neft üzrə I iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi ilə bağlı müzakirələrdə çıxış ediblər.
Müzakirələrdə İƏT iştirakçı dövlətlərin enerji sisteminin paralel və qarşılıqlı fəaliyyətinə dair fikir mübadilələri aparılıb. Bildirilib ki, İslam İnkişaf Bankının Aşqabad deklarasiyasına uyğun olaraq «İƏT iştirakçı dövlətlərinin enerji sistemlərinin qarşılıqlı fəaliyyəti layihəsi» nin hazırlanması vəzifəsi Pakistan hökumətinə həvalə edilib.
Həmçinin, iclasda enerjinin regional satışı, neft məhsulları və neft emalı sahəsində əməkdaşlıq, İƏT dövlətlərinin neft-qaz nəqli marşrutları, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında geniş müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR