Bank Of Baku

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirə edilib

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirə edilib
# 21 yanvar 2009 13:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri ilə İqtisadi siyasət daimi komissiyalarının birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya bildirilib ki, Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov gündəliyə daxil edilən “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi haqqında məlumat verib. Komissiya sədri sənəd üzərində iki ildən artıq iş aparıldığını deyib: “Layihə respublikanın hüdudlarından, eləcə də Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən kənarda həyata keçirilən ixrac məqsədli neft-qaz fəaliyyəti üçün xüsusi iqtisadi rejimin yaradılmasının və tətbiqinin əsaslarını müəyyən edir, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında münasibətləri tənzimləyir”. V. Ələsgərovun sözlərinə görə, sənəd ölkə ərazisində və Xəzərin Azərbaycana məxsus hissəsində xam neft və təbii qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında fəaliyyətə şamil edilmir.

Müzakirələrdən sonra sənəd ikinci oxunuşda müzakirə üçün parlamentin yaz sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR