Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin «Tekfen Holding»lə imzaladığı müqavilənin icrası təxirə salınıb

Azərbaycan Dövlət Neft Şirkətinin «Tekfen Holding»lə imzaladığı müqavilənin icrası təxirə salınıb
# 22 yanvar 2009 08:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Tekfen Holding» şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 2008-ci ilin sentyabr ayında imzalanmış müqavilənin icrası cari ilin sentyabr ayınadək təxirə salınıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Tekfen»ə istinadən İstanbul Fond Birjası (İMKB) məlumat yayıb.
«Tekfen Holding»dən İMKB-yə müqavilənin icrasının təxirə salınmasının dünyadakı maliyyə böhranı və neftin qiymətinin düşməsi ilə əlaqələndirilib.
Qeyd edək ki, ARDNŞ «Tekfen Holding»ə daxil olan «Tekfen İnşaat» şirkətinin səhmlərinin 50%-ni 2008-ci il sentyabrın 5-də alıb. Razılaşmaya əsasən, ARDNŞ qurulan yeni şirkətə 520 mln. ABŞ dolları dəyərində tikinti işləri verməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR