Bank Of Baku

Dünya bazarında əsas neft istehlakçıları inkişaf edən ölkələr olacaq

Dünya bazarında əsas neft istehlakçıları inkişaf edən ölkələr olacaq
# 22 yanvar 2009 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Son zamanlar dünya iqtisadi böhranı ilə əlaqədar neftə olan tələbatın düşməsi tendensiyası böhran səngiyəndən sonra da davam edə bilər. «APA-Economics»in məlumatına görə, neft bazarının əsas iştirakçıları hesab edirlər ki, inkişaf etmiş ölkələr tərəfindən neftə olan tələbatın artmayacağı ehtimalları çox böyükdür. Bunun əsas səbəbi kimi bu ölkələrin öz iqtisadi inkişafında artıq maksimal həddə çatması faktı göstərilir. Bundan başqa, ABŞ-ın yeni prezidentinin alternativ enerji mənbələri sahəsinə ciddi maraq göstərməsi də öz rolunu oynayacaq. Nəticədə, böhrandan sonrada da inkişaf etmiş ölkələr tərəfindən neftin istehlakı hazırkı səviyyədə qala və hətta tədricən azala bilər.
Eyni zamanda, inkişafda olan ölkələr və onların iqtisadiyyatı və pərakəndə istehlakçıları tərəfindən neftə olan tələbat sabit qaydada yüksək səviyyədə qalaraq artacaq. Analitiklərin fikrincə, yaxın illərdə əsas neft alıcıları rolunda inkişaf etmiş ölkələr deyil, inkişafda olan dövlətlər çıxış edəcək. Buna paralel olaraq, bu ölkələrdə inkişaf templəri inkişaf etmiş ölkələrdən dəfələrlə fərqləndiyinə görə, böhranın onlara təsiri daha aşağı səviyyədə olduğundan, bu dövlətlərin dünya iqtisadiyyatında rolunun kəskin artmasını gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR