Bank Of Baku

Bakıda əhalinin qaza olan borcu 220 mln. manatı ötüb

Bakıda əhalinin qaza olan borcu 220 mln. manatı ötüb
# 22 yanvar 2009 10:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində vətəndaşların istehlak etdikləri qaza görə Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinə (BakQaz) 220,301 mln. manat borcu var. Bu barədə «APA-Economics»ə «BakQaz»dan məlumat verilib.
«BakQaz» istehlakçılara borcların ödənilməsi üçün yanvarın 25-dək vaxt verib. Borcunu ödəməyən istehlakçıların qaz təchizatı dayandırılacaq.
«BakQaz»ın rəisi Tahir Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, 2008-ci ilin dekabr ayında istehlak olunmuş qazın dəyərinin 41%-i ödənilib. Ötən il üzrə ümumi yığım isə 55% təşkil edib.
«Hazırda köhnə borcların silinməsi məsələsi gündəlikdə yoxdur. Biz abonentlərdən hazırda sayğac üzərindəki göstəricilərə əsasən ödəniş aparmalarını istəyirik», - deyə T.Əliyev qeyd edib.
Ötən il Bakı şəhəri üzrə istehlakçılara 2,4 mlrd. kubmetr qaz verilib ki, bu da əvvəlki illə müqayisədə 17,1% çoxdur. Ötən il 203 obyektin qazla təchizatı üçün tikinti işləri aparılıb, ümumilikdə 450 km-ə yaxın qaz kəməri çəkilib.
T.Əliyevin verdiyi məlumata görə, «BakQaz» abonentlərin 95%-i ilə müqavilə imzalayıb, paytaxt ərazisində sayğaclaşdırma isə 98%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR