Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının üç yedək-təchizat gəmisi «LUKoil»a xidmət göstərib

Xəzər Dəniz Neft Donanmasının üç yedək-təchizat gəmisi «LUKoil»a xidmət göstərib
# 22 yanvar 2009 11:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının «Andoqa», «Vadim Seyidov» və «Nerça» yedək-təchizat gəmiləri Rusiyanın «LUKoil» şirkətinə məxsus «Astra» özüqalxan üzən qazma qurğusuna xidmət göstərib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
«Astra» Xəzərin Rusiya sektorunda, Dərbənd yaxınlığında kəşfiyyat qazma işləri həyata keçirib. Burada dənizin dərinliyi 600 metrdir. Xəzər Dəniz Neft Donanmasının adıçəkilən gəmiləri «LUKoil»un Qaradağdakı bazasından yanacaq, avadanlıqlar, qazma boruları, reagentlər, içməli su və digər materialları götürərək, qrafikə uyğun şəkildə «Astra»ya nəql edib. Ötən ilin oktyabrından başlanan kəşfiyyat qazma işləri hazırda başa çatıb. «Vadim Seyidov» gəmisi xidməti işlərini ötən il noyabrın 23-dək, «Nerça» və «Andoqa» gəmiləri isə bu il yanvarın 20-dək davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR