Bank Of Baku

Azərbaycan REBCO markalı xam neft partiyasının ixracına dair yeni tender keçirir

Azərbaycan REBCO markalı xam neft partiyasının ixracına dair yeni tender keçirir
# 22 yanvar 2009 11:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 600 min barel miqdarında REBCO markalı xam neft partiyasının fevral ayının 18-22-də Novorossiysk limanından (Qara dəniz, Rusiya) ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Yanvarın 26-da yekun vurulacaq sorğunun nəticələri yanvarın 27-də açıqlanacaq.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır. Ötən il Bakı-Novorossiysk marşrutu vasitəsilə 1 386 022,3 ton ARDNŞ nefti ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR