Bank Of Baku

«Bakıelekrtikşəbəkə» sayğacların quraşdırılması haqlarını açıqlayıb

«Bakıelekrtikşəbəkə» sayğacların quraşdırılması haqlarını açıqlayıb
# 22 yanvar 2009 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində əhali istehlakçı abonentləri üçün nasazlıq nəticəsində sıradan çıxmış, istismar müddəti bitmiş sayğaclar pulsuz olaraq dəyişdirilir, yeni texniki şərt almış istehlakçılarda isə ölçü cihazlarının dəyəri «Bakıelekrtikşəbəkə» ASC, quraşdırılması üçün pul vəsaiti istehlakçılar tərəfindən ödənilməklə quraşdırılır. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
«Bakıelektrikşəbəkə»dən verilən məlumata görə, fərdi yaşayış (həyət) evlərində sayğac quraşdırma haqqı bir fazalı sayğaclar üçün 53,7 manat, üç fazalı sayğaclar üçün (cərəyan transformatoru ilə) 133,28 manat, üç fazalı sayğaclar üçün (birbaşa qoşulmaqla) 86,74 manat təşkil edir. Yaşayış binalarında isə bu məbləğ 25,16 manatdır. Bir fazalı sayğacları üç fazalı sayğaclarla əvəz olunan istehlakçılardan sayğac quraşdırma haqqı sayğacın tipinə müvafiq fərq tutulmaqla dəyişdirilir.
Qeyri-əhali istehlakçıları üçünsə nasazlıq və ya zədələnmədən sıradan çıxmış, yaxud istismar müddəti bitmiş ölçü cihazları heç bir vəsait ödənilmədən dəyişdirilir. Sayğacı olmayan, yaxud yeni texniki şərt almış istehlakçılarda ölçü cihazları onların dəyəri və quraşdırılması üçün pul vəsaiti istehlakçılardan alınmaqla quraşdırılır. Sayğacın dəyərindən əlavə quraşdırılacaq sayğacın tipinə müvafiq istehlakçı tərəfindən əlavə ödəniş aparılır. Bir fazalı sayğaclar üçün 16,85 manat, üç fazalı sayğaclar üçün (cərəyan transformatoru ilə) 66,34 manat, üç fazalı sayğaclar üçün (birbaşa qoşulmaqla) 18,10 manatdır. Bir fazalı sayğacları üç fazalı sayğaclarla əvəz olunan istehlakçılardan ölçü cihazlarının dəyərinin fərqi tutulmaqla dəyişdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR