Bank Of Baku

Azərbaycan və FAO Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin hazırlanmasına başlayır

Azərbaycan və FAO Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin hazırlanmasına başlayır
# 22 yanvar 2009 13:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin hazırlanması prosesinə başlayır. Bu barədə «APA-Economics»ə FAO-nun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Azərbaycan üçün Milli Ortamüddətli Prioritet Çərçivə Sənədi (MOÇŞ) ölkədəki vəziyyətin qısa təsviri, təhlili və beynəlxalq qurumlarla aparılacaq məsləhətləşmələrə əsaslanaraq növbəti 3-4 il müddətində FAO-nun ölkəyə mümkün yardımı üçün prioritet fəaliyyətlərin müəyyən edilməsindən ibarət olacaq.
MOÇŞ-in hazırlanmasının əsas məqsədləri ölkədəki fəaliyyətin səmərəliliyinin və əlaqələndirilməsinin gücləndirilməsi, FAO yardımının strateji prioritetləşdirilməsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və gələcək inkişafı, təkrarçılığın qarşısının alınması və ehtiyatların artırılması, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə ehtiyatların səfərbər edilməsinin dəstəklənməsi və FAO-nun sahə proqramının həyata keçirilməsində ehtiyatların səfərbər edilməsinin gücləndirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR