Bank Of Baku

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Ceyhan limanından «Sumato Energy Group» şirkəti alıb

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Ceyhan limanından «Sumato Energy Group» şirkəti alıb
# 22 yanvar 2009 14:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının fevral ayının 21-23-də Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) ixracına dair marketinq sorğusunu yekunlaşdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, Yeni Zelandiyanın «Sumato Energy Group» şirkəti tenderin qalibi elan olunub.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql olunur. Təxminən 3,4 mlrd. ABŞ dolları dəyərində olan BTC 2006-cı ilin iyul ayında istifadəyə verilib. Uzunluğu 1 776 km olan BTC-nin 1 076 km-i Türkiyə, 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan ərazisinə düşür. Kəmər gündə 1 mln. barel nəqletmə (illik – 50 mln. ton) gücünə malikdir. Ceyhan limanından 2009-cu ilin əvvəlinədək dünya bazarlarına 70 mln. ton Azərbaycan nefti ilə yüklənmiş 650 tanker yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR