Bank Of Baku

«SOCAR-Georgia» neft şirkəti Gürcüstanda «İlin ən yaxşı vergi ödəyicisi» mükafatına layiq görülüb

«SOCAR-Georgia» neft şirkəti Gürcüstanda «İlin ən yaxşı vergi ödəyicisi» mükafatına layiq görülüb
# 23 yanvar 2009 07:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın Neft Məhsulları İstehlakçıları və İdxalçıları Birliyi 2008-ci ilin sosial-iqtisadi yekunları ilə bağlı Tiflisdə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, ötən il Gürcüstanın dövlət büdcəsinə 172 mln. laridən çox vergi ödəyən «SOCAR-Georgia» neft şirkəti «İlin ən yaxşı vergi ödəyicisi» nominasiyasında mükafatlandırılıb. Bu nominasiyada ikinci yeri «Visol» (76 mln. lari), üçüncü yeri isə «LUKoil» (54 mln. lari) şirkətləri tutub.
«SOCAR-Georgia» şirkətinin prezidenti Mahir Məmmədov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu, ilin ilk, ən böyük və ənənəvi keçirilən tədbirlərindən biridir: «Keçən il də birinci yerə layiq görülmüşük. Dövlət büdcəsinə 100 mln. lariyə yaxın vergi ödəmişdik. Bunun 88 mln-u «SOCAR-Georgia», 12 mln-u isə Kulevi Neft Terminalı tərəfindən ödənilib».
Toplantıda Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, digər dövlət, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR