Bank Of Baku

ARDNŞ «Günəşli» yatağında daha bir quyu istismara verib

ARDNŞ «Günəşli» yatağında daha bir quyu istismara verib
# 23 yanvar 2009 08:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Günəşli» yatağındakı 13 nömrəli platformasında yeni yüksək debitli 435 nömrəli quyu istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 3400 metr dərinlikdən sutkada 150 min kubmetr qaz, 50 ton kondensat verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont mövcuddur.
Qeyd edək ki, 2004-cü ilin may ayında istismara verilmiş platformada 20 quyunun qazılması nəzərdə tutulub. Ötən 4 il ərzində «28 May» NQÇİ tərəfindən platformadan 11 quyu qazılaraq, fəaliyyətdə olan fonda qəbul edilib. Quyulardan ümumilikdə sutkada 2,3 mln. kubmetr təbii qaz, 213 min kubmetr səmt qazı, 660 ton neft və 250 ton kondensat hasil olunur.
Platformada qazma işləri 2008-ci ilin yanvarın 17-dən «SOCAR-AQŞ» birgə müəssisəsi tərəfindən aparılır. Müəssisənin nəzarət səhm paketi ARDNŞ-ə məxsusdur. Ötən il «SOCAR-AQŞ» tərəfindən 4 quyu qazılaraq istifadəyə verilib. Perspektivdə 13 nömrəli platformadan daha 9 quyunun qazılıb «28 May» NQÇİ-yə təhvil verilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR