Bank Of Baku

Azərbaycan Mineral Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə yeni hesabat mərhələsinə start verib

Azərbaycan Mineral Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə yeni hesabat mərhələsinə start verib
# 23 yanvar 2009 09:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin nümayəndələrindən ibarət Seçim Qrupu MHŞT üzrə 10-cu hesabat mərhələsinə start verib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
Seçim Qrupunun üzvləri 2008-ci ili əhatə edəcək hesabatların təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara alıb.
Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti 2008-ci il üzrə ölkə hökumətinin və respublikada fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək. Audit şirkətinin haqqı Azərbaycanda hasilat sənayesi ilə məşğul olan şirkətlər tərəfindən ödəniləcək.
Memorandumu MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR