Bank Of Baku

Azərbaycanda «kombi» sistemlərindən düzgün istifadə edilməyən yaşayış binalarının qazı kəsiləcək

Azərbaycanda «kombi» sistemlərindən düzgün istifadə edilməyən yaşayış binalarının qazı kəsiləcək
# 23 yanvar 2009 10:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov bildirib.
Ə.Məlikovun sözlərinə görə, hazırda «Azəriqaz» Respublika Prokurorluğunun təqdimatına uyğun olaraq, yerlərdə bu cür faktların qarşısının alınması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində iş aparır.
«Apardığımız araşdırmalar göstərir ki, vətəndaşlar qazla çox ehtiyatsız davranır. Belə ki, evlərdə quraşdırılan İran istehsalı olan qaz sobalarının tüstü boruları evdən bayıra çıxarılmır, su qablarına salınır. Yaxud metal borudan deyil, rezin borulardan istifadə olunur ki, bu da təhlükəyə yol açır. Bacaların illərdir təmizlənməməsi də burada müəyyən rol oynayır», - deyə Ə.Məlikov əlavə edib.
Ə.Məlikov hündürmərtəbəli binalarda mənzillərin qazla qızdırılmasının qadağan olunduğunu bildirib. «Azəriqaz» rəhbəri belə binalarda yaşayan vətəndaşlara mənzillərini isitmək üçün elektrik enerjisi ilə işləyən qızdırıcılardan istifadəni tövsiyə edir.
«Azəriqaz» bununla yanaşı yeni tikilmiş çoxmərtəbəli binalarda qurulan «kombi» sistemləri ilə bağlı araşdırmalara da başlayacaq. Ə.Məlikovun sözlərinə görə, «kombi»lər texniki şərtlərə uyğun olaraq açıq eyvanda qurulmalıdır: «Təəssüflər olsun ki, sonradan bu eyvanlar şüşə ilə bağlanılır, bu da təhlükəlidir. Belə faktlar aşkarlanan binaların qaz təchizatı dayandırılacaq».
«Azəriqaz» rəhbəri hadisələrin qazın tərkibinə görə baş verməsi fikri ilə razılaşmayıb. Ə.Məlikovun sözlərinə görə, qazın «Azəriqaz» sisteminə nəqli və tərkibinin təmizlənməsi ARDNŞ tərəfindən həyata keçirilir. Azərbaycan qazı ilə təchiz olunan Bakıdan fərqli, İrandan təbii qaz alan Naxçıvan Muxtar Respublikasında bu günədək qazdan zəhərlənmə ilə bağlı hadisələrin olmamasına gəlincə, Ə.Məlikov «Naxçıvan sakinləri qazdan düzgün istifadə edir ki, hadisə baş vermir», - deyib.
Qeyd edək ki, hazırda «Azəriqaz»ın ümumilikdə 1,2 mln. abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR