Bank Of Baku

Ötən il Azərbaycanda 11 min abonentdə qaz sayğaclarına müdaxilə faktı aşkarlanıb

Ötən il Azərbaycanda 11 min abonentdə qaz sayğaclarına müdaxilə faktı aşkarlanıb
# 23 yanvar 2009 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il «Azəriqaz» QSC-nin əməkdaşları tərəfindən 11 min abonentdə sayğaclara müdaxilə faktı aşkarlanıb. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov bildirib.
Ə.Məlikovun sözlərinə görə, müdaxilələr nəticəsində 7 min abonentdə sayğacın sıradan çıxarılması aşkarlanıb və bununla bağlı məhkəmələrə müraciət olunub.
Ötən il qaz kəmərləri üzərində inşa olunmuş 300-dən artıq tikili sökülüb. Bununla belə 150 yeni tikilinin inşa olunduğu müəyyənləşib.
Ə.Məlikovun sözlərinə görə, Azərbaycanın qaz şəbəkəsində itkilər 12%-dən 6%-ə enib.
Qeyd edək ki, hazırda «Azəriqaz»ın respublika üzrə ümumilikdə 1,2 mln. abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR