Bank Of Baku

Azərbaycanda təkrar nöqsanlara yol verən qaz istehlakçıları cinayət məsuliyyətinə cəlb olunacaq

Azərbaycanda təkrar nöqsanlara yol verən qaz istehlakçıları cinayət məsuliyyətinə cəlb olunacaq
# 23 yanvar 2009 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azəriqaz» QSC qaz sistemində inzibati tədbirlərin gücləndirilməsi, ödəniş səviyyəsinin artırılması və bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə Tədbirlər Planı hazırlayaraq hökumətə təqdim edib. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov bildirib.
Ə.Məlikovun sözlərinə görə, bu sənəddə normativ hüquqi aktların təkmilləşdirilməsi, uyğunluq sertifikatı olmayan qaz cihazlarının ölkəyə gətirilməsinin qadağan edilməsi, istehlakçılar tərəfindən qaz xətlərinə qanunsuz birləşmələr, qaz cihazlarının yerinin icazəsiz dəyişdirilməsi ilə bağlı cərimələrin sərtləşdirilməsi, həmçinin təkrar nöqsan törədən istehlakçıların cinayət məsuliyyətinə cəlb olunması və s. məsələlər əksini tapıb.
Ə.Məlikov qeyd edib ki, 2009-cu ildə qaz sisteminin yeniləşdirilməsi və qurulması işlərinə dövlət büdcəsindən investisiya kimi 80 mln. manat, «Azəriqaz» tərəfindən isə 20 mln. manat yatırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR