Bank Of Baku

Bakıda «Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatlar Layihəsi» üzrə Tvininq Proqramının təqdimatı keçiriləcək

Bakıda «Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatlar Layihəsi» üzrə Tvininq Proqramının təqdimatı keçiriləcək
# 23 yanvar 2009 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 2-də Bakıda «Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatlar Layihəsi» çərçivəsində Tvininq Proqramının təqdimatı keçiriləcək.
Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 1999-cu ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış əməkdaşlıq sazişinin həyata keçirilməsinə dəstək məqsədilə Nazirlik ilə Almaniya İqtisadiyyat və Texnologiya Federal Nazirliyi arasında energetika sahəsində Tvininq layihəsinin reallaşdırılması üçün saziş bağlanıb. Məqsəd Azərbaycanın energetika sektorunun Avropa İttifaqının hüquqi bazasına yaxınlaşdırılması, bu sahədə mövcud qanunvericilikdə tələb olunan struktur islahatların aparılmasıdır. Tvininq layihəsinin 18 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub, əlavə olaraq 3 ay layihənin hazırlıq və xitam işlərinə ayrılacaq.
Layihənin icrasına Avropa Komissiyası 1,1 mln. avro həcmində vəsait ayıracaq. Tvininq layihəsinin İş Planı bu sahədə həyata keçiriləcək vəzifələri bütövlükdə əhatə edir və 5 komponentdən ibarətdir. Bu vəzifələr çərçivəsində birgə işçi qruplarının yaradılması, seminarların, Avropaya tanışlıq səfərlərinin təşkili və başqa vacib olan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Tvininq layihəsinin əsas mahiyyəti elektrik enerjisi və qaz sahəsində Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının standartlarına («Acquis Communautaire») yaxınlaşdırılmasından ibarətdir. «Acquis Communautaire» energetika sahəsində 20 Avropa qanunvericilik aktını cəmləşdirir. Bu qanunlar elektrik enerjisi və qaz, istilik generatorları, effektivlik tələbləri, istehlakçıya verilən məlumat, enerji istehlakı vəziyyəti, alternativ enerji mənbələrinin stimullaşdırılması və s. enerji məsələlərini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR