Bank Of Baku

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi fevralda işini tam bərpa edəcək

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi fevralda işini tam bərpa edəcək
# 23 yanvar 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti fevral ayında fəaliyyətini tam bərpa edəcək. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.
N.Əhmədovun sözlərinə görə, istehsal prosesi üçün tələb olunan həcmdə metal qırıntılarını ala bilməməsi səbəbindən zavod ilin əvvəlində istehsalı dayandırıb və şirkətin 1 000-dən artıq işçisi könüllü olaraq məzuniyyətə çıxıb: «Lakin fevral ayının əvvəlindən etibarən zavod fəaliyyətini bərpa edəcək və məzuniyyətdə olan işçilər yenidən işə qaytarılacaq. Metal toplantısı fəaliyyətini artırmaq məqsədilə hətta əlavə işçilər cəlb etmək niyyətindəyik».
Xatırladaq ki, zavodda ümumilikdə 1 700-dən artıq işçi çalışır.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR