Bank Of Baku

Magistral qaz xəttində sızma baş verib, Azərbaycanın şimal-qərb rayonlarına mavi yanacağın verilişi dayandırılıb

Magistral qaz xəttində sızma baş verib, Azərbaycanın şimal-qərb rayonlarına mavi yanacağın verilişi dayandırılıb
# 24 yanvar 2009 07:34 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saat 8.00 radələrindən Qax, Zaqatala və Balakən rayonlarına mavi yanacağın verilməsində fasilə yaranıb. Balakən Qaz İstismarı İdarəsindən APA-nın yerli bürosuna bölgəyə mavi yanacağın verilişinin dayanması faktını təsdiqləyiblər. İdarədən bildirilib ki, mavi yanacağın verilməsinin dayandırılmasının səbəbi Şəki rayonu ərazisindən keçən yüksək təzyiqli magistral qaz xəttində sızmanın baş verməsidir.

Hazırda qaz xəttində təmir işləri gedir. Günün sonuna kimi təmir işlərinin başa çatdırılaraq, bölgəyə mavi yanacağın verilişinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR