Bank Of Baku

Səfir Nikolay Ureku: «Rumıniya «Nabucco» layihəsinin icrası istiqamətində səyləri dəstəkləyir»

Səfir Nikolay Ureku: «Rumıniya «Nabucco» layihəsinin icrası istiqamətində səyləri dəstəkləyir»
# 26 yanvar 2009 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Rumıniya hökuməti «Nabucco» layihəsinin reallaşdırılması istiqamətində səyləri dəstəkləyir. «APA-Economics»in məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Nikolay Ureku bildirib.
Hazırkı şəraitdə Rumıniyanın da digər Avropa ölkələri kimi alternativ qaz mənbələrinə ehtiyacı olduğunu deyən səfir rəsmi Buxarestin Budapeştdə (Macarıstan) keçirilən «Nabucco» sammitində öz mövqeyini açıqlayacağını qeyd edib.
«Biz bu istiqamətdə göstərilən bütün səyləri dəstəkləyirik və Azərbaycan hökuməti ilə yaxın əlaqələrimiz var», - deyə səfir vurğulayıb.
N.Ureku Rumıniyanın gələcəkdə Azərbaycandan təbii qaz almaq istiqamətində müəyyən işlər apardığını da bildirib.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR