Bank Of Baku

Azərbaycan ötən il neft məhsullarının ixracını 10% azaldıb

Azərbaycan ötən il neft məhsullarının ixracını 10% azaldıb
# 26 yanvar 2009 09:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Ötən il Azərbaycan ümumi dəyəri 44 170 910,6 min ABŞ dolları təşkil edən 78 085 691,7 min ton xam neft, 2 054 376,5 min dollar dəyərində 2 847 314,5 ton neft emalı məhsulları ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İxrac olunan xam neftin həcmi 2007-ci il ilə müqayisədə 12,3 dəfə artıb, neft emalı məhsullarının ixracı isə 9,5% azalıb.
Xam neftin 1 383 295,2 tonu Bakı-Novorossiysk, 757 860,5 tonu Bakı-Supsa, 30 779 763,2 tonu isə Bakı-Tiflis-Ceyhan boru kəmərləri vasitəsi ilə ixrac edilib. İxrac olunmuş xam neftin 73,86%-i Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, 25,46%-i isə Azərbaycan Dövlət Neft Şirkəti Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin (MİƏ) payına düşüb. Neft emalı məhsullarının 86,89%-i MİƏ, 3,45%-i «QKSSS» MMC, 3,24%-i «Azneftyağ» İstehsalat Birliyi, 2,43%-i isə «Caspian Petrol-1» şirkətinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR