Bank Of Baku

Azərbaycan OPEK-in növbəti toplantısına dəvət olunub

Azərbaycan OPEK-in növbəti toplantısına dəvət olunub
# 26 yanvar 2009 09:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. OPEK-ə daxil olmayan Rusiya, Azərbaycan və Norveç kartelin növbəti toplantısına dəvət olunacaqlar. APA-nın məlumatına görə, bu barədə OPEK prezidenti Joze Botelyo de Vaskonselos bildirib: “Biz bu ölkələri iclasa dəvət etmişik. Onlar əvvəllər də OPEk-in iclaslarında iştirak ediblər. Neftin qiymətinin müəyyən həddə qalxması hamının maraqlarına cavab verir”. Qeyd edək ki, OPEK-in növbəti toplantısı martın 15-də Vyanada keçiriləcək. Lakin OPEK prezidenti bildirib ki, əgər neftin qiyməti 40 dollardan ucuzlaşsa, bu toplantı daha tez keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR