Bank Of Baku

Azərbaycan «Balakən» su elektrik stansiyasını özəlləşdirilib

Azərbaycan «Balakən» su elektrik stansiyasını özəlləşdirilib
# 26 yanvar 2009 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən «Balakən» su elektrik stansiyasının özəlləşdirilməsi ilə bağlı elan edilmiş investisiya müsabiqəsində yerli «İnter Enerji» şirkəti qalib elan olunub. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Təqdim etdiyi İnvestisiya Proqramına əsasən, qalib şirkət bir il ərzində «Balakən» su elektrik stansiyasına 525 min manat sərmayə yatıracaq. Bu vəsait hesabına SES-in su qəbuledici qurğuları, derivasiya kanalının, müxtəlif hidrotexniki avadanlıqların quraşdırılması nəzərdə tutulur. Proqrama əsasən, SES-in layihə üzrə 304 kVt/saat illik istehsal gücü ilə işləməsi nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə uyğun olaraq, «İnter Enerji» 25 min manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 2 min dövlət özəlləşdirmə çekini təqdim etməyə öhdəlik götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR