Bank Of Baku

Azərbaycan REBCO markalı xam neft partiyasının Novorossiysk limanından ixracına dair yeni tender keçirir

Azərbaycan REBCO markalı xam neft partiyasının Novorossiysk limanından ixracına dair yeni tender keçirir
# 27 yanvar 2009 09:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 432 min barel miqdarında REBCO markalı xam neft partiyasının fevral ayının 26-27-də Novorossiysk limanından ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə yanvarın 30-da yekun vurulacaq və nəticələr fevralın 2-də elan olunacaq.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft (Azeri Light) ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır və Novorossiysk limanından REBCO (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR